SON DƏQİQƏ

Azərbaycanı diktaturadan bu fakt qoruyur

Tarix:

4-05-2020, 23:31

/ 1 348 dəfə oxundu.
Azərbaycanı diktaturadan bu fakt qoruyur

Onları ölkəmizin dəyişməsi yox, kimlərinsə əliylə hakimiyyətə gəlmələri düşündürür. Ölkədə Prezident və parlament seçkiləri keçirilib. Qarşıdakı 5 ildə biz hakimiyyəti dəyişmək barədə yox, islahatları dərinləşdirmək, iqtisadiyyatımızı yenidən qurmaq barədə düşünməliyik. Xalqımızın dəstək olacağı təqdirdə bu missiyanı İlham Əliyev və Mehriban Əliyeva uğurla həyat keçirə bilər. Hər iki şəxsin formalaşdığı mühit və qazandıqları idarəetmə təcrübəsi bu əminliyi yaradır.
GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində "beşinci kolon” təmsilçilərinin "real islahatlar üçün hakimiyyət dəyişməlidir” istiqamətində apardıqları təbliğara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bəzi insanlar cəmiyyətimizdəki problemlərin hamısının idarəetmədəki çatışmazlıqlarla bağlı olduğunu düşünür:
"Bu cür düşünənlər köklü şəkildə yanılırlar. Hər bir xalqın 100 illər ərzində formalaşan mentaliteti olur. Bunu nəzərə almadan yürüdülən siyasət iflasa məhkumdur. Hərdən eşidirəm, kimsə deyir ki, bizim mübarizəmiz nəticəsində bugünkü azadlıqlar var. Adamın gülməyi gəlir. Biz bəzi əyalətlərdə mövcud olan tiraniyanı və xalqımızın ona reaksiyasını görürük. Əgər Prezidentin də öz çıxışında qeyd etdiyi həmin bəy, xanlar "beşinci kolon”un aranı qatmasından istifadə edib siyasi hakimiyyətə sahib olsa, qısa bir zamandan sonra Azərbaycan Türkmənistandan betər ola bilər. Hansı ki, dünyanın bir çox ermənipərəst böyük gücləri də bunu istəyir.
İlham Əliyevlə Mehriban Əliyevanın ziyalı ailədə böyüməsi və müasir dünyagörüşlü insanlar olması Azərbaycanı diktaturadan qoruyur”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ