SON DƏQİQƏ
» » Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Tarix:

6-04-2020, 23:21

/ 1 220 dəfə oxundu.
Bu qıtlıqdan istifadə edən işbazlar var... – Millət vəkili

Koronavirusla əlaqədar ölkədə maska qıtlığı yaşanırdı. Vətəndaşların bu təlabatının qarşılanması üçün Bakı Tekstil Fabriki MMC-nin qısa bir müddətdə tibbi maskaların istehsalına başlaması çox müsbət addımdır.

Bu sözləri GunAz.az-a millət vəkili Jalə Əhmədova bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılmasına münasibət bildirərkən deyib.

J.Əhmədova İlham Əliyevə problemi tez bir zamanda həll etdiyi üçün təşəkkür edib:

"Bildiyiniz kimi, tibbi maska qıtlığından bəzi işbazlar sui-istifadə edərək, süni qiymət artımına yol vermişdilər. Lakin bu problem artıq Prezidentin qayğısı nəticəsində həll olundu. İnanıram ki, bundan sonra vətəndaşlarımızın koronavirusa qarşı tibbi maskalara olan tələbatı tam ödəniləcək”.

Millət vəkili onu da qeyd edib ki, vətəndaşlar "Evdə qal!” çağırışına adekvat reaksiya verməlidirlər:

"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejimi bəzi vətəndaşladımızda aqressiya yaradıb. Bununla bağlı mənə vətəndaşlar tərəfindən zənglər və məktublar gəlir. Bacardığım qədər onlara izah etməyə çalışıram ki, bu, dövlətin vətəndaşlarımızı qorumaq üçün atdığı addımdır. Çünki bu, ümumbəşəri bir bəladır və bununla birlikdə mübarizə aparmalıyıq. İnsanlara qayğı ilə başa salmalıyıq ki, görülən qabaqlayıcı tədbirlər vətəndaşların xeyrinə olan bir addımdır. Sağlam olan şəxslər evində otursa, yoluxan şəxslər də heç kimə yoluxdurmadan evində aşkarlansa və karantinə yerləşdirilsə, bu problem tənzimlənəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı baş tutub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ