BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Mətuq Azərbaycana səfərə gəlib.
GunAz.az xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.
Səfər çərçivəsində Abdullah Mətuq əl-Mətuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.
15 noyabr, saat 11:00-da, AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.