SON DƏQİQƏ
» » "İlham Əliyevin nitqində türk dövlətləri arasında əməkdaşlıq faktları özünü təcəssüm etdirdi"

"İlham Əliyevin nitqində türk dövlətləri arasında əməkdaşlıq faktları özünü təcəssüm etdirdi"

Tarix:

16-10-2019, 13:33

/ 508 dəfə oxundu.
"İlham Əliyevin nitqində türk dövlətləri arasında əməkdaşlıq faktları özünü təcəssüm etdirdi"

"Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII forumu mühüm tarixi əhəmiyyət kəsb edir. Forumda Azərbaycan prezidenti İlham Əliyevin nitqi xüsusilə diqqət çəkən məqamlarla yadda qaldı. Prezidentin nitqində türk dövlətləri arasındakı sıx qardaşlıq, dostluq və əməkdaşlıq faktları özünü təcəssüm etdirirdi".

Bu fikirləri GunAz.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, cənab prezidentin Naxçıvan sazişinin ildönümünü və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yerləşən Zəngəzuru xatırlatması təsadüfi xarakter daşımır: "Xüsusilə türk dövlətlərinin forumunda bu ərazilərin adının çəkilməsi həmin bölgələrin tarix boyu türk torpağı olduğu və bundan sonra da türk torpağı olaraq qalacağına dəlalət edir. Cənab prezidentin kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı qeyd etdiyi faktlar Azərbaycanda biznes iqtisadiyyatının inkişafından xəbər verir. Bu gün Azərbaycan həm coğrafi mövqeyinə, həm də dünya ölkələri ilə arasında olan iqtisadi əməkdaşlığa görə türk dövlətləri arasında etibarlı tranzit ölkə olaraq qalmaqdadır. Bu həm türk dünyası, həm də Azərbaycan üçün böyük uğurdur".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ