SON DƏQİQƏ
» » Azərbaycanın siyasi həyatını dəyişən tarixi hadisə - Rəy

Azərbaycanın siyasi həyatını dəyişən tarixi hadisə - Rəy

Tarix:

3-10-2019, 10:20

/ 769 dəfə oxundu.
Azərbaycanın siyasi həyatını dəyişən tarixi hadisə - Rəy

1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkisi müstəqil Azərbaycanın tarixində seçicilərin və ictimaiyyətin ən böyük aktivliyi ilə xarakterizə olunmuş tarixi hadisədir.

Bunu  "Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, ictimaiyyətin və bütün siyasi qüvvələrin bu prosesdə ən aktiv şəkildə iştirakı Azərbaycanın bir növ müstəqillik tarixində dünyaya təqdim olunmasında önəmli bir hadisəyə çevrildi:

"Bütün dünya gördü ki, Azərbaycan xalqı və siyasi qüvvələr demokratiyanı nə qədər istəyir. Demokratiyanı nə qədər qəbul etmək iddiasındadır və demokratik proseslərdə nə qədər iştirak etməyə hazırdır. Nəzərə alsaq ki, cəmiyyətin böyük bir hissəsi bu prosesə cəlb olunmuşdu, nəzərə alsaq ki, hakimiyyətdən devrilmiş və bütün sosial dayaqlarını itirmiş siyasi qüvvələr istisna olmaqla mövcud siyasi dairələrin demək olar hamısı bu prosesdə iştirak ediblər, oktyabrın 3-də baş tutan seçki Azərbaycanın dünyaya təqdim olunmasında çox önəmli rol oynadı. Ölkədə mənasız hakimiyyət iddialarına uzun müddət üçün qoyuldu. Çünki Heydər Əliyevin siyasi şəxsiyyəti, siyasi potensialı elə bir səviyyədə idi və Azərbaycan xalqı bunu o qədər gözləyir və həyata keçirmək istəyirdi ki, ölkədə uzun müddətə başqa siyasi iddialara birdəfəlik olaraq son qoyuldu. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin olimpinə yüksəlməklə bir növ 10-15 illik dövr üçün Azərbaycanda tam sabitliyə təminat yaratdı".

A.Quliyev bildirib ki, oktyabrın 3-dən başlayan hadisələr, sonrakı proseslər ölkəmizin xarici siyasətinin sistemli şəkildə qurulması ilə xarakterizə olunan bir dövr açdı:
"Ölkədə sabitliyin yaradılmasını şərtləndirən bir proses açdı. Ordu quruculuğunun başlanğıcını, əsasını qoydu. Azərbaycanda cəmiyyətin təhlükəsizliyinin sistemli şəkildə müdafiə olunması üçün bir yeni mərhələ başlatdı. Azərbaycanın sonrakı ictimai-siyasi, sosial-iqtisadi inkişafı və beynəlxalq inteqrasiyası üçün demək olar ki, yeni bir mərhələ açdı. Oktyabrın 3-ü müstəqil Azərbaycanın tarixində böyük bir epoxanı başlatmış əlamətdar bir tarixdir. Həmin tarix müstəqil Azərbaycanın tarixində həm ictimaiyyətin, həm də siyasi qüvvələrin aktiv inkişafı baxımından görünməmiş bir hadisə idi. O vaxtadək cəmiyyətin və siyasi qüvvələrin bu qədər aktiv şəkildə iştirak etdiyi ikinci bir seçkini görməmişdik. Oktyabrın 3-də keçirilən seçki cəmiyyətin və siyasi qüvvələrin görünməmiş aktivliyi baxımından Azərbaycanın tarixində ilk hadisə idi".

Qeyd edək ki, 3 oktyabr 1993 cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçkilərdən 7 gün sonra - oktyabın 10-da isə indi ümummilli liderin adını daşıyan sarayda ulu öndərin andiçmə mərasimi keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ