SON DƏQİQƏ
» » Türkiyə seçkiləri ilə bağlı bəyanat: Üzülsək də...

Türkiyə seçkiləri ilə bağlı bəyanat: Üzülsək də...

Tarix:

1-04-2019, 23:31

/ 10 239 dəfə oxundu.
Türkiyə seçkiləri ilə bağlı bəyanat: Üzülsək də...

Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı xalq şairi Sabir Rüstəmxanlının rəhbəri olduğu Vətəndaş Həmrəyliyi Partiyası bəyanat yayıb.

GunAz.az xəbər verir ki, bəyanatda ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ölkənin gələcək həyatında mühüm rol oynayacağı və yeni siyasi-iqtisadi dövrün başlanğıcı olacağı vurğulanıb.

“Qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı həm seçkiyə qədərki dönəmdə, həm seçki prosesində, həm də seçkinin nəticələrinin hesablanmasında bütün dünyaya demokratiya və siyasi əxlaq nümunəsi göstərdi. Qərəz və iftiralı bəhanələrlə Türkiyəni Avropa Birliyindən kənar tutan dövlətlərdə belə bu şəkildə seçki aktivliyi və demokratik seçki mühiti müşahidə olunmur. Türk xalqı və Türkiyə siyasi partiyaları ölkənin taleyini kimsənin öhdəsinə buraxmayacaqlarını, Ay-ulduzlu bayrağın qürurla dalğalanması üçün hər zaman ayaqda olacaqlarını bir daha bütün dünyaya göstərdilər”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, bu seçkilərin əsas qalibi türk xalqı və demokratiyadır:

“Azərbaycan türklərinin tarixi yaşayış yerləri olan bölgələrdə nəticələrdən üzülsək də, ümumi seçkinin nəticələrinin türk xalqının Atatürk ideyalarına sadiqliyini göstərdiyini qürurla dilə gətiririk”.

Sonda VHP Türkiyə xalqını demokratik seçki münasibəti ilə təbrik edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ