SON DƏQİQƏ

İlham Əliyev Ərdoğanı təbrik edib

Tarix:

1-04-2019, 08:05

/ 10 260 dəfə oxundu.
İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

GunAz.az xəbər verir ki, Əliyev Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Azərbaycan prezidenti bu qələbənin Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib.

Türkiyə prezidenti telefon zənginə və səmimi təbriklərə görə Əliyevə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ