SON DƏQİQƏ
» » Prezident İlham Əliyev avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayırıb

Prezident İlham Əliyev avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayırıb

Tarix:

3-04-2019, 14:33

/ 10 244 dəfə oxundu.
Prezident İlham Əliyev avtomobil yolunun tikintisinə 2,8 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ