SON DƏQİQƏ
» » Prezidentdən yol tikintisi ilə bağlı SƏRƏNCAM

Prezidentdən yol tikintisi ilə bağlı SƏRƏNCAM

Tarix:

26-07-2018, 18:45

/ 10 331 dəfə oxundu.
Prezidentdən yol tikintisi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər