SON DƏQİQƏ
» » Mehriban Əliyeva şəhid zabitin ailəsinə mənzil verdi

Mehriban Əliyeva şəhid zabitin ailəsinə mənzil verdi

Tarix:

29-03-2019, 14:21

/ 10 204 dəfə oxundu.
Mehriban Əliyeva şəhid zabitin ailəsinə mənzil verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev verib. 

Bununla bağlı GunAz.az-a Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı qərar bu gün ailəyə çatdırılıb. 

N.Axundova bildirib ki, yeni iki otaqlı mənzil Bakının Nərimanov ərazisində yerləşir:

“Heydər Əliyev fondunun nümayəndələri ilə bu gün görüşdük. Məsələ ilə bağlı verdikləri reaksiyaya görə onlara təşəkkür edirəm. İnanırdım ki, Mehriban xanım bu məsələni diqqətdən kənarda qoymayacaq. Övladlarımı dövlətimin qayğısı sayəsində saxlayıram. Bütün bunlara baxmayaraq, ümid edirəm ki, Şərurlu İsfəndiyar öz layiqli cəzasına çatacaq”.

скачать dle 12.1

Şərhlər