SON DƏQİQƏ

Abşeronda 8 Mart qeyd edildi - Fotolar

Tarix:

7-03-2019, 12:58

/ 10 313 dəfə oxundu.
Abşeronda 8 Mart qeyd edildi - Fotolar

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bayram şənliyi keçirilib. 

GunAz.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək başda Azərbaycanın birinci vitse-prezidenti, Mehriban Əliyeva olmaqla respublikanın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib: “Bu gün Azərbaycan mədəniyyətinin dünya sivilizasiyaları içərisində tanınmasında, özünə yer qazanmasında, ana dilimizin saflığının qorunub saxlanılmasında, heç şübhəsiz ki, Azərbaycan qadının əməyi, zəhməti və özünə, dəyərlərinə inamı mövcuddur”.

O, qeyd edib ki, republikamızın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız əvəzolunmaz xidmətlər göstərirlər. 

Sonra bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar verilib.

Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub. Sonda bayram tortu kəsilib və qadınlar üçün ziyafət təşkil edilib. 

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ