SON DƏQİQƏ
» » Putindən I vitse-prezidenti Mehriban Əliyevaya 8 mart təbriki

Putindən I vitse-prezidenti Mehriban Əliyevaya 8 mart təbriki

Tarix:

7-03-2017, 16:00

/ 3 026 dəfə oxundu.
Putindən I vitse-prezidenti Mehriban Əliyevaya 8 mart təbriki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya təbrik məktubu göndərib.
Məktubun mətni belədir:
"Hörmətli Mehriban Arif qızı.
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.
Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər