SON DƏQİQƏ
» » Qətərdən Azərbaycan sahibkarlarına əməkdaşlıq - Təklifi

Qətərdən Azərbaycan sahibkarlarına əməkdaşlıq - Təklifi

Tarix:

8-12-2018, 12:44

/ 10 303 dəfə oxundu.
Qətərdən Azərbaycan sahibkarlarına əməkdaşlıq - Təklifi

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan GunAz.az-a bildiriblər ki, Qətərin daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "Qatar Diar" şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına əməkdaşlıq təklif edir.

Şirkətdən AZPROMO-ya bu istiqamətlərdə əməkdaşlıq təklifləri daxil olub: Azərbaycanda özəl sektorda mövcud olan və xarici investisiya tələb edən daşınmaz əmlak layihələri; ölkəmizin dövlət və özəl tikinti şirkətlərinin "Qatar Diar" tərəfindən Qətər Dövlətində həyata keçirilən layihələrdə iştirakı.

Əməkdaşlıqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ