Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar
Tarix:
10-02-2017, 01:38
/ 4 511 dəfə oxundu.
Hindistanın Ekspo Mərkəzində III "Xidmətlərin Qlobal Sərgisi (GES)” keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan ("Azpromo”) verilən məlumata görə, sözügedən sərgi bu il aprelin 17-dən 20-dək davam edəcək.
Eyni zamanda aprelin 20-22-ə III "Hindistan Polad Sərgisi” də baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları sərgilərdə iştiraka dəvət olunublar.
Tədbirlərdə iştirak etmək istəyən sahibkarlar "Azpromo”ya müraciət edə bilərlər.