SON DƏQİQƏ
» » Onlar Prezidentin fəxri diplomu ilə təltif edildi - SİYAHI

Onlar Prezidentin fəxri diplomu ilə təltif edildi - SİYAHI

Tarix:

5-11-2018, 18:45

/ 10 354 dəfə oxundu.
Onlar Prezidentin fəxri diplomu ilə təltif edildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

GunAz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı

Məmməd Tahirə Qəşəm qızı.

Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ