SON DƏQİQƏ
» » Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə hazırlaşır

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə hazırlaşır

Tarix:

2-11-2018, 15:43

/ 10 332 dəfə oxundu.
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə hazırlaşır

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsi barədə açıqlama verib.

GunAz.az xəbər verir ki, açıqlamaya əsasən, dekabr ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə görüşə bilər.

 “Bakı ilə Yerevan Dağlıq Qarabağmünaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir. Ümidvarıq ki, gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – deyə Popov jurnalistlərə bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ