SON DƏQİQƏ

Prezident Berdiməhəmmədova məktub ünvanladı

Tarix:

26-09-2018, 19:35

/ 10 280 dəfə oxundu.
Prezident Berdiməhəmmədova məktub ünvanladı

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

GunAz.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Türkmənistan münasibətləri ortaq dəyər və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim sülh və rifah diləyirəm", - təbrikdə qeyd edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ