SON DƏQİQƏ
» » İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Tarix:

16-08-2018, 18:51

/ 10 340 dəfə oxundu.
İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb. 

GunAz.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ