Prezident İlham Əliyev Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
GunAz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Natiq Kamal oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilsin.