SON DƏQİQƏ

Prezident nazirliyə 10,2 milyon manat ayırdı

Tarix:

6-08-2018, 18:31

/ 10 267 dəfə oxundu.
Prezident nazirliyə 10,2 milyon manat ayırdı

Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamda qeyd edildiyinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon manatı İqtisadiyyat Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ