Prezident İlham Əliyev Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Gunaz.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.