SON DƏQİQƏ
» » Duqindən Paşinyana çağırış: İrəvan sülh üçün 5 rayonu...

Duqindən Paşinyana çağırış: İrəvan sülh üçün 5 rayonu...

Tarix:

1-07-2018, 16:12

/ 10 407 dəfə oxundu.
Duqindən Paşinyana çağırış: İrəvan sülh üçün 5 rayonu...

Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

A.Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə yoludur".

скачать dle 12.1

Şərhlər