SON DƏQİQƏ
» » “Qanlı hadisələr başlayacaq” – Sərdar Cəlaloğlu

“Qanlı hadisələr başlayacaq” – Sərdar Cəlaloğlu

Tarix:

15-05-2018, 14:16

/ 10 392 dəfə oxundu.
“Qanlı hadisələr başlayacaq” – Sərdar Cəlaloğlu

Azərbaycanın iqtisadi potensialı imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinə görə Qərbdən dəstək alsın.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Ermənistandakı gərginliyin başa çatmadığını deyən partiya sədri hesab edir ki, hələlik hadisələrin birinci mərhələsi yekunlaşıb: “Bu mərhələdə hakimiyyət dəyişdi. İkinci mərhələdə isə yeni hakimiyyətdən vəd verdiyi siyasətin həyata keçirilməsi tələb olunacaq. Amma Vladimir Putinlə görüşdən sonra məlum oldu ki, Rusiya Prezidenti Nikol Paşinyana Ermənistanın ənənəvi siyasətini dəyişməyi qadağan edib. Buna görə də Ermənistanda yeni etiraz dalğasının yaranacağına şübhə yoxdur. Hesab edirəm ki, Paşinyan ya 5 aydan sonra devriləcək, ya da daxildə qanlı hadisələr başlayacaq. Lakin vəziyyətin hansı hal almasından asılı olmayaraq, baş verənlər Qarabağ məsələsinə təsir etməyəcək. Çünki Ermənistanın bu münaqişənin həllində söz demək haqqı yoxdur. Rusiyadan asılı olan Ermənistan müstəqilliyi məhdud olan dövlətdir. İrəvan istəsə belə, Qarabağı Azərbaycana qaytara bilməz, Rusiya buna icazə verməyəcək”.

Sərdar Cəlaloğlu vurğulayıb ki, Ermənistanla müqayisədə Azərbaycanın güclü iqtisadi potensialı var: “Bu da imkan verir ki, Ermənistana qarşı Qərbdən ciddi dəstək ala bilək. Ermənistanın isə belə bir imkanı yoxdur, digər yandan da, Rusiyadan tamamilə asılı vəziyyətdədir”.

скачать dle 12.1

Şərhlər