Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Prezident İlham Əliyevə məktub göndərib.
Gunaz.az-ın xəbərinə görə, məktubda deyilir.
"Zati-aliləri cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Peru ilə Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi, ticari əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzu edirəm.
Zati-aliləri, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".