SON DƏQİQƏ
» » Türkiyə mətbuatı Azərbaycandakı prezident seçkilərindən yazdı

Türkiyə mətbuatı Azərbaycandakı prezident seçkilərindən yazdı

Tarix:

11-04-2018, 12:48

/ 10 371 dəfə oxundu.
Türkiyə mətbuatı Azərbaycandakı prezident seçkilərindən yazdı

Türkiyənin nüfuzlu “Milliyet” xəbər portalı Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb.

Gunaz.az xəbər verir ki, qəzet 8 namizədin yarışdığı seçkilərdə İlham Əliyevin favorit olduğunu qeyd edib. 

Qəzetin xəbərinə əsasən, prezident seçkiləri üçün ölkə daxilində və xaricində 5641 seçki məntəqəsi fəaliyyət göstərir.

Son məlumatlara görə, ölkədə seçicilərin sayı 5 milyon 309 min nəfərdir. Ölkədən xaricdə yaşayan Azərbaycan vətəndaşları Azərbaycan səfirliklərində səs verirlər.

Seçkiləri 59 ölkə, 60 beynəlxalq təşkilatın 890 müşahidəçisi və 58 min 175 yerli müşahidəçi izləyir. Bununla yanaşı, 21 ölkənin 118 jurnalisti də seçkiləri izləyir.

Səsvermə 19:00-da başa çatacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ