SON DƏQİQƏ
» » Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır

Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır

Tarix:

7-04-2018, 11:43

/ 10 223 dəfə oxundu.
Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ