SON DƏQİQƏ

VI Qlobal Bakı Forumu işini davam etdirir

Tarix:

17-03-2018, 11:01

/ 10 350 dəfə oxundu.
VI Qlobal Bakı Forumu işini davam etdirir

Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir.

Gunaz.az xəbər verir ki, üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

Bu gün VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ