SON DƏQİQƏ
» » Qazaxıstan prezidenti İlham Əliyevə başsağlığı verdi

Qazaxıstan prezidenti İlham Əliyevə başsağlığı verdi

Tarix:

2-03-2018, 17:38

/ 10 369 dəfə oxundu.
Qazaxıstan prezidenti İlham Əliyevə başsağlığı verdi

Bu gün Bakı şəhərinin Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən faciəvi yanğınla əlaqədar qonşu və dost dövlətlər Azərbaycan xalqına və prezidentinə başsağlığı diləyiblər.

Gunaz.az xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib. Məktubu Qazaxıstan Prezidentin mətbuat xidməti yayıb.

"Mən qardaş Azərbaycan xalqının acısını bölüşürəm. Həm öz, həm də Qazaxıstan xalqı adından Sizə və ölənlərin ailələrinə başsağlığı verirəm, xəsarət alanlara Allahdan şəfa diləyirəm", - deyə N.Nazarbayevin başsağlığında bildirilib. 

Qeyd edək ki, baş verən yanğın nəticəsində 25 nəfər yanaraq həlak olub. Bir müddət əvvəl isə, Rusiya prezidenti Putin də İlham Əliyevə başsağlığı məktubu ünvanlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ