SON DƏQİQƏ

Qonşu ölkədən başsağlığı

Tarix:

2-03-2018, 16:38

/ 10 331 dəfə oxundu.
Qonşu ölkədən başsağlığı

Bu gün Bakıda baş verən yanğınla bağlı qonşu və dost dövlətlərin başsağlığı məktubları gəlməkdə davam edir.

Gunaz.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib. Məktub nazirliyin rəsmi Tvitter səhifəsinə yerləşdirilib.

“Yanğın zamanı ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayırıq. Gürcüstan Azərbaycanın bu çətin anlarında onun yanındadır”,- deyə məktubda qeyd olunub. 

Qeyd edək ki, faciə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də İlham Əliyevə başsağlığı məktubu göndərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ