SON DƏQİQƏ
» » XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

Tarix:

12-02-2018, 10:27

/ 1 913 dəfə oxundu.
XİN təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı məlumat yaydı

Xarici İşlər Nazirliyi ötən gün qəzaya uğrayan Rusiya təyyarəsində həlak olan azərbaycanlı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Gunaz.az-a daxil olan məlumata görə, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb.

Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.   

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ