SON DƏQİQƏ
» » Təyyarə qəzasında ölən azərbaycanlının kimliyi dəqiqləşdirilib

Təyyarə qəzasında ölən azərbaycanlının kimliyi dəqiqləşdirilib

Tarix:

12-02-2018, 10:10

/ 1 301 dəfə oxundu.
Təyyarə qəzasında ölən azərbaycanlının kimliyi dəqiqləşdirilib

Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılmışdır.

Gunaz.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

 

XİN-nin sözçüsü qeyd edib ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.  

Qeyd edək ki, fevralın 12-də gecə Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan cəmi 4 dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Hissələri Moskvanın Ramenskaya rayonunda yerə düşən təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılsa da, 71 nəfərdən sağ qalanı yoxdur.
скачать dle 12.1

Şərhlər