SON DƏQİQƏ
» » Prezident məşhur pambıqçı qadını mükafatlandırdı - FOTOLAR

Prezident məşhur pambıqçı qadını mükafatlandırdı - FOTOLAR

Tarix:

21-12-2017, 19:03

/ 952 dəfə oxundu.
Prezident məşhur pambıqçı qadını mükafatlandırdı - FOTOLAR

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam verib.
Mükafatlandırılanlar arasında Azərbaycan SSR Ali Sovetinin (9-cu çağırış, 11-ci çağırış), SSRİ Ali Sovetinin (10-cu çağırış) deputatı olmuş, SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş Fatma Hüseynovanı da var.
O, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla 1-ci dərəcəli "Əmək” ordeni ilə mükafatlandırılıb.
Qeyd edək ki, 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdü.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ