Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gunaz.az-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayev Akif Ağaşəfi oğlu
Bədəlbəyli İmran Çingiz oğlu
Əliyev Rövşən Seyfiəli oğlu
Xanəhmədov Nazim Həsən oğlu
İsmayılov Məmməd İsmayıl oğlu
İsmayılov Ramin Hacı oğlu
Kovalyova Valentina Nikolayevna
Mahmudov Ədalət Təvəkkül oğlu
Məmmədəliyev Niyar Knyaz oğlu
Məmmədov İlham Nadir oğlu
Orucov Elxan Əli oğlu
Orucov Nəcəf Ağalar oğlu
Rüstəmov Əlisafa Əli oğlu
Rzayev Rizvan İlyas oğlu
Səlimov Samir Ağabala oğlu
Şərifov Kamil Ramazan oğlu
Şükürov Saim Bəşir oğlu
Verdiyev Şükür Ələddin oğlu".
***
Prezident İlham Əliyev Ə.R.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Əli Ruf oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".