SON DƏQİQƏ
» » Eldar Namazov: “Qarabağ probleminin həllində bir irəliləyiş olsa, bu, Moskva-İrəvan-Bakı üçbucağının içində olacaq”

Eldar Namazov: “Qarabağ probleminin həllində bir irəliləyiş olsa, bu, Moskva-İrəvan-Bakı üçbucağının içində olacaq”

Tarix:

10-10-2017, 08:51

/ 1 229 dəfə oxundu.
Eldar Namazov: “Qarabağ probleminin həllində bir irəliləyiş olsa, bu, Moskva-İrəvan-Bakı üçbucağının içində olacaq”

Elxan Mehdiyev: “Amerikalı həmsədrin bəyanatı işğalın aradan qaldırılmasına yox, uzanmasına xidmət edir”

“Son dövrlərdə Qarabağla bağlı gedən dartışmalarda böyük yeniliklər olmayıb. Yeganə diqqəti cəlb edən Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ilk dəfə olaraq mətbuata açıqlamasında işğal olunmuş ərazilərilərin bir qisminin azad olunmasının danışıqlarda müzakirə predmetinin olduğunu bildirməsidir”.

Politoloq Eldar Namazov bu fikirləri son zamanlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində cəhdləri “Yeni Müsavat”a şərh edərkən bildirdi. Onun sözlərinə görə, Ermənistan XİN başçısının şəxsində ilk dəfə olaraq erməni rəsmi belə bir etirafda bulundu: “Adətən, onlar deyirdilər ki, torpaqlarda heç zaman torpaqların azad olunması müzakirə edilmir. Maraqlıdır ki, həmin bəyanatdan bir neçə gündən sonra Ermənistanın ordu rəhbərliyinə daxil olan şəxs bəyan etdi ki, bu, belə deyil, heç bir ərazinin qaytarılmasından söhbət gedə bilməz, əksinə, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olması üçün hələ yeni ərazilər də Ermənistanın nəzarətinə keçməlidir. Bu, çox  maraqlı fikir toqquşması oldu”. E.Namazov İrəvanın vəziyyəti gərginləşdirməkdə maraqlı olduğu qənaətindədir: “Bir dəfə sizin qəzetinizə müsahibəmdə də demişdim ki, Ermənistan danışıqlar yolu ilə yox, müharibə yolu ilə  torpaqları qaytara bilər. Ermənistan daxilində ciddi müzakirələr gedir ki, işğal altındakı əraziləri azad etməli olsalar, bunu danışıqlar yolu ilə etmək risklidir. Ancaq müharibə yolu ilə torpaqlar azad edilsə, bu halda Ermənistan daxilində kimsə torpaqların qaytarılmasına görə hakimiyyəti ittiham edə bilməyəcək.  Ermənistan XİN başçısı ilə ordu rəhbərliyinin arasında gedən söz toqquşması əslinə qalsa, Ermənistan hakimiyyəti daxilində gedən mübahisələrdən irəli gəlir”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri oktyabrda bölgəyə növbəti dəfə səfər edərək prezidentlərin görüşünü təşkil etməklə bağlı çalışdıqlarını öz bəyanatlarında açıqlayıblar. Bəyanatda qeyd olunub ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub. “Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”, - vasitəçilərin bəyanatında deyilir. E.Namazov də qeyd etdi ki, həmsədrlər prezidentləri görüşdürmək üçün cəhdlər göstərirlər: “Ancaq bilirik ki, Dağlıq Qarabağ probleminin həllində bir irəliləyiş olsa, bu, ilk növbədə Moskva-İrəvan-Bakı üçbucağının içində olacaq, digər həmsədrlərin rolu o qədər də böyük deyil. Nə ABŞ, nə Fransa bu məsələdə Ermənistana ciddi təpki göstərə bilmir. Ona görə də mən Minsk Qrupu çərçivəsində aparılan prosesdə hansısa böyük nəticə gözləmirəm”. 

ABŞ-ın Minsk Qrupundakı yeni həmsədri Endrü Şoferin İrəvandan Qarabağa gedərək orada separatçıların lideri Bako Saakyanla görüşməsi, daha sonra Bakıya gəlməsi isə etirazlar doğurub.

Konfilktoloq Elxan Mehtiyev hesab edir ki, amerikan həmsədrin bəyanatı işğalın aradan qaldırılmasına yox, uzanmasına xidmət edir: “Minsk Qrupunun amerikan həmsədri öz fəaliyyətinə və ya özfəaliyyətinə təxribatçı bəyanatla və gedişlə başladı. Birincisi, onun öncə Xankəndinə səfər etməsi, daha sonra İrəvana dönməsi və orada müxtəlif dairələrlə görüşlər keçirməsi ilk növbədə onun erməni tərəfinin ”arqumentləri" ilə silahlanıb sonra Bakıya gəlməsi deməkdir. İlk beyinə yeridilən fikirləri isə oradan çıxarmaq çox çətin olur. Hələ onun Amerikadakı faşıstsayağı erməni dairələri ilə görüşlərini demirəm. Bu baxımdan onun Xankəndidə bu məsələnin həllinin çox “mürəkkəb” olduğunu deməsi mənim dediklərimə sübutdur və bəri başdan onun öz sonrakı fəaliyyətinə fatihə verməsi deməkdir". E.Mehdiyevin fikrincə, diplomatın bu “mürəkkəb” sözü erməni “arqumentlərinin” Şefferə təsirinin nə qədər güclü olmasından qaynaqlanıb: “”Mürəkkəb" sözü neçə ildir işğalı saxlamaq üçün çox yaxşı arqumentə çevrilib və “mürəkkəb” deməklə Seffer de indidən özünü sığortalayır. Mürəkkəb deməklə, xalq dili iilə desək, erməni dəyirmanına su tökür, yəni asan olsaydı, çoxdan bu məsələ həll olunmuşdu və yəqin ki, buna uzun müddət lazımdır. Ona görə də tərəflər arasında inam və qarşılıqlı münasibət lazımdır. Necə ki, cənab Kerri sonda belə dedi. Beləliklə, işğal və onların dediyi kimi desək “status kvo” davam edəcək... Deməli, həmsədrlər də səylərinin davam etdirəcək, ermənilərin də istəyi budur".

Image result for “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri danışıqlar prosesinə yeni heç nə gətirmədi: “Münaqişənin həlli prosesi əvvəlkitək yerində sayır. Dəyişən ancaq həmsədrlərin özüdür. Heç ”Madrid planı" və ya “Genişləndirilmiş Madrid planı”nı xatırlayan da yoxdur. Halbuki özlərinin hazırladığı plandır. Bir dəfə demirlər ki, münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bunsuz münaqişənin həlli mümkün deyil, bunu həm həmsədrlər, həm də elə separatçılar anlayırlar. Sadəcə, bu rayonların boşaltmağın əvəzinə bizdən referendum tarixi istəyirlər ki, biz buna razılaşa bilmərik. Təəssüf ki, həmsədrlər də referendum mövzusunu gündəmdə saxlayırlar". Dövlət başçılarını görüşdürmək təşəbbüsünə gəldikdə, E.Mehdiyev qeyd etdi ki, həmsədrlərin birgə bəyanatında prezidentlərin görüşəcəyi barədə də fikir var idi: “Görünür, prezidentlərin görüşü ilə bağlı tərəflərin razılığı alınıb. Sadəcə, həmsədrlər prezidentlərin görüşündə niyə bu qədər israrlıdırlar, bu, aydın deyil. Axı, danışıqlarda irəriləyiş yoxdursa, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirsə, prezidentlərin görüşü nəticəsiz qalacaq. Nəticəsiz görüş isə yenidən cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirəcək”.

Politoloqa görə, ümumiyyətlə, Minsk Qrupunun fəaliyyəti ciddi araşdırılmalıdır: “Hazırkı həmsədrlik institutu fayda vermir. Fikrimcə, bu məsələni ATƏT-in rəhbərliyi qarşısında qaldırmaq lazımdır. Əks halda, həmsədrlər daha 20 il fəaliyyət göstərəcək, ancaq ortada konkret nəticə olmayacaq”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktybarın 7-də son görüşlərini Bakıda, prezident İlham Əliyevlə keçiriblər.  Dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib. “Buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır”, o qeyd edib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ