SON DƏQİQƏ
» » Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

Tarix:

28-08-2017, 17:56

/ 3 583 dəfə oxundu.
Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

GUNAZ.az xəbər verir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

скачать dle 12.1

Şərhlər