SON DƏQİQƏ
» » Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

Tarix:

8-06-2017, 14:56

/ 4 150 dəfə oxundu.
Zaxarova: "Həmsədrlər iyunun 10-da regiona səfər edəcəklər"

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: "Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq".
M. Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: "Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ