SON DƏQİQƏ
» » İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

Tarix:

5-05-2017, 18:27

/ 4 132 dəfə oxundu.
İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən forumda prezident İlham Əliyev və virse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Dövlət başçısı forumun açılış mərasimində nitq söyləyib.
İlham Əliyev bu forumun artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda 120-dən artıq ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini deyən dövlət başçısı mötəbər beynəlxalq qurumların forumun tərəfdaşları qismində çıxış etdiklərini diqqətə çatdırıb.
Nitqinin sonunda İlham Əliyev forumun dünyanı narahat edən çağırışlar yönündə səylərin birləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb və forumun işinə uğurlar arzulayıb.
UNESCO-nun baş direktoru xanım İrina Bokova Forumda iştirak etməkdən məmnun olduğunu bildirib, İlham Əliyevə və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqa verdikləri önəmə görə minnətdarlıq edib. 
Forum işini plenar sessiyalarla və panel müzakirələrlə davam etdirir.

GUNAZ.az

İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

 

İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

 

İlham Əliyev xanımı ilə forumun açılışında - fotolar

 



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ