SON DƏQİQƏ

Makronun İrəvana səfəri təkzib edildi

Tarix:

6-09-2023, 22:58

/ 3 976 dəfə oxundu.
Makronun İrəvana səfəri təkzib edildi

Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Ermənistana səfəri nəzərdə tutulmayıb.
 Bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.
Xatırladaq ki, bu gün Fransa Prezidentinin Ermənistana və regiona səfər edəcəyi barədə məlumatlar yayılmışdı. Belə ki, “Alpha News” Makronun, çox güman ki, bu həftəsonu Ermənistana səfər edəcəyini irəli sürmüşdü. Səfərin sentyabrın 9-10-a planlaşdırıldığı, hətta Fransa liderinin İrəvandan sonra Bakıya səfər edəcəyi ilə bağlı məlumatlar da yayılmışdı.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ