SON DƏQİQƏ
» » Azərbaycan Təkamül Partiyasının terrorla bağlı B Ə Y A N A T I

Azərbaycan Təkamül Partiyasının terrorla bağlı B Ə Y A N A T I

Tarix:

27-01-2023, 22:08

/ 2 026 dəfə oxundu.
Azərbaycan Təkamül Partiyasının terrorla bağlı B Ə Y A N A T I

      27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehranda  Azərbaycan Respublikasının səfirliyinə qarşı dəhşətli terror aktı həyata keçirilmişdir. Bu  terror aktı nəticəsində səfirliyin əməkdaşı  Orxan Əsgərov qətlə yetirilmiş və səfirlyin iki əməkdaşı isə yaralanmışdır.  

Azərbaycan Təkamül Partiyası (ATP) adından Orxan Əsgərovun ailəsinə dərin hüzünlə baç sağlığı verir, ona  Allahdan rəhmət diləyir, vəzifə borclarını həyata keçirərkən yaralanan əməkdaşlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik.

ATP olaraq bu terror hadisəsini İranın fars-molla rejiminin, onun getdikcə azğınlaşan  rəhbər şəxslərinin, millət vəkillərinin, hərbiçilərinin, saxta din xadimlərinin, bütün qırmızı xətləri keçən anti-Azərbaycan təbliğatının nəticəsi hesab edir və qətiyyətlə pisləyirik! Terror aktını həyata keçirən qatilin əli qandallı, dəmir barmaqlıqlar arxasında olmalı olduğu halda, rahatlıqla və məmnunluqla  İran telekanallarına müsahibə verməsi bu hadisənin arxasında İranın rəsmi dövlət orqanlarının durduğuna dair heç bir şübhə doğurmur. Azərbaycan səfirliyinə qarşı törədilən bu mənfur hadisə bir daha göstərdi ki, İran terroru dövlət səviyyəsində təşviq edən və dəstəkləyən şər yuvasıdır!

Yanvarın 27-də  törədilən qanlı terror hadisəsi, onun ardınca İran hökumətinin icazəsi ilə ermənilərin Tehranda Qarabağdakı separatçılara dəstək nümayiş etdirən etiraz aksiyasına başlaması, "Artsax blokadadan çıxarılsın!” şüarını səsləndirirmələri, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürmələri bir daha göstərir ki, mənfur fars-molla rejimi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, dövlətimizizn regionda söz sahibinə çevrilməsini heç cür həzm edə bilmir  və ölkəmizə qarşı düşmənçilik hrəkətlərindən nəinki əl çəkmək istəmir, əksinə daha da azğınlaşır. ATP olaraq İranın fars-molla rejimindən ölkəmizə qarşı düşmənçilik hərəkətlərinə son verməsini,  bu terror hadisənin hərtərəfli araşdırılmasını, ona  hüquqi qiymət verilməsini, terrorçunun və onun arxasında dayananların layiqincə cəzalandırılmasını tələb edirik!

ATP olaraq hesab edirik ki, bu terror hadisəsisndən sonra İran rejiminin sərgilədiyi davranış  bu şər yuvası ilə dövlətlərarası münasibətlərə yenidən baxlmasını zərurətə çevirb. ATP olaraq bu sahədə daim dövlətimizi dəstəkləyəcəyimizi və onun yanında olacağımızı bəyan edir.

Sədr:            

Teyyub Qənioğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ