SON DƏQİQƏ
» » Lavrov: Sazişlərin bütün istiqamətləri üzrə səylər gücləndirilməlidir

Lavrov: Sazişlərin bütün istiqamətləri üzrə səylər gücləndirilməlidir

Tarix:

12-10-2022, 21:45

/ 2 724 dəfə oxundu.
Lavrov: Sazişlərin bütün istiqamətləri üzrə səylər gücləndirilməlidir

Rusiya Federasiyasının və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan ikitərəfli gündəliyin aktual məsələlərini, o cümlədən iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.
GunAz.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Astanada MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində iki nazirin görüşü zamanı regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsi aparılıb.
Həmçinin Cənubi Qafqazda vəziyyətin hərtərəfli sabitləşdirilməsi üzrə addımlar nəzərdən keçirilib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ