SON DƏQİQƏ
» » "Rəsmi nikahsız uşaq dünyaya gətirərəm" - Pərvin Abıyeva

"Rəsmi nikahsız uşaq dünyaya gətirərəm" - Pərvin Abıyeva

Tarix:

22-04-2021, 20:48

/ 1 552 dəfə oxundu.
"Rəsmi nikahsız uşaq dünyaya gətirərəm" - Pərvin Abıyeva

Pərvin Abıyeva "Onda görüşək” verlişində qonaq olarkən iddialı açıqlamalar verib.

GünAz.az-ın məlumatına görə o sevgi həyatından danışıb. Pərvin deyib ki, şəxsi həyatını gizlətməyə çalışsa da, axtarıb nə isə çıxardırlar:

 

"Hazırda sevgilim yoxdur. Belə yaxşıdır. Sevgidən başım çox ağrıyıb, bu günə qədər də ağrımağa davam edir. Mən münasibəti bitirsəm də, qarşı tərəf məndən ayrıla bilmir. Ailə də qurmaq istəmir. O söhbətlərdən sonra ailə qalar?

Ümumiyyətlə, evlənməkdən soyumuşam. Rəsmi nikahım olmadan, sevdiyim insan razıdırsa və evli deyilsə, ondan uşaq dünyaya gətirərəm. Mənim əsas şərtim evli olmamasıdır. Amma həmin insan sabah kiminləsə ailə qura bilməz. Ürəyi istəyir mənlə evlənsin, istəmirsə, evlənməsin. Təkrar edirəm, şəxsi həyatımdır. İstəyərəmsə, nikahsız uşaq dünyaya gətirərəm, istəmərəmsə, yox. Kiminsə başqasının həyatın müdaxilə etməyə haqqı yoxdur”.

P.Abıyeva "İmkanlı sevgililərinizin sizə maddi cəhətdən köməyi olubmu?” sualına gəlincə bunları söyləyib:

"Yox da deyə bilmərəm, hə də. Bilirsiz, münasibətdə hər iki tərəf bir-birinə dəstək olmalıdır. Maddiyyatla bağlı ciddi problemim varsa, o insan imkanı ola-ola kömək etmirsə, bu münasibət sayılmır. Mən qadın kimi həyatımdakı kişinin nəyəsə ehtiyacı olsa, kömək edərəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ