SON DƏQİQƏ
» » "Təyyarədə təhqir edir, milyonların qarşısında göstəriş üçün əl uzadır"

"Təyyarədə təhqir edir, milyonların qarşısında göstəriş üçün əl uzadır"

Tarix:

25-03-2021, 14:23

/ 6 335 dəfə oxundu.
"Təyyarədə təhqir edir, milyonların qarşısında göstəriş üçün əl uzadır"

"Sözlərimi Nisə Qasımovaya aid etmirəm. Amma bir çoxları səhnədə piar üçün məndən küsürlər. Sonra da reklam üçün barışırlar. Bu saxtakarlığı qəbul edə bilmirəm”.

GünAz.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "10-da görüşək” proqramında qonaq olarkən deyib. Son günlər həmkarları Nisə Qasımova və Aygün Kazımova ilə barışdığı xəbərləri yayılan müğənni etiraz edib. O, ad çəkmədən barışıqların saxta olduğunu söyləyib:

"Əgər bir insanın efirdə olmayanda – təyyarədə, hansısa məclisdə masa arxasında dediyi sözləri, atmacaları, təhqirləri eşidirəmsə, cavab vermirəm. Nənəm hər zaman deyirdi ki, həyasızdan abrını qoru. Dəfələrlə olub, masa arxasında xoşagəlməz söz deyib, eşitmişəm. Cavab verməmişəm, bilmişəm ki, sözlərimdən 10 il reklam kimi istifadə edəcək. Məni təyyarədə belə təhqir ediblər. Fikir verməmişəm. Sonra gəlib göstəriş üçün milyonların qarşısında əl uzadır. Bu, saxtadır. Birini çox istəyirəmsə, istəyəcəm. Amma eləsi var yüzsifətlidir, ondan özümü uzaq tutmağa çalışıram. Həyatda da belələri var. Sənətdə isə belələri daha çox görsənir. Bizim sənətin də neqativ tərəfi budur.

Dostluq etdiklərimlə münasibətim heç vaxt bitmir. Yaxınım mənə nəsə desə, ondan küsmərəm. Hacı Nuran, Zülfiyyə Xanbabayeva evimə gəlir, mən də onlara gedirəm. Onları dost hesab edirəm. Televiziyada, qonaqlıqlarda gördüklərim dost deyil”.

скачать dle 12.1

Şərhlər