SON DƏQİQƏ

Ruhi Əliyeva bu dəfə Kərimcanı gətirir

Tarix:

8-02-2019, 17:24

/ 11 516 dəfə oxundu.
Ruhi Əliyeva bu dəfə Kərimcanı gətirir

Türkiyənin dünyaca məşhur DJ-i Kərimcan Durmaz uzun fasilədən sonra Bakıda şou göstərəcək.
 

Musiqiçi Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holding"in təşkilatçılığı ilə Bakının qonağı olacaq.

Bakıda nəzərdə tutulan şou ilə bağlı artıq iş xanımı ilə Kərimcan Durmaz arasında razılıq müqaviləsi də imzalanıb.

Görüş zamanı Kərimcan Durmaz artıq 5 ildir Bakıda olmadığını bildirərək, ölkəmizi, eləcə də paytaxt şəhərimizi çox sevdiyini deyib. Kərimcan şounu aprelin 19-da Bakının məşhur məkanlarından birinin səhnəsində nümayiş etdirəcək.

O, paytaxta ukraynalı rəqqasları ilə birgə gələcək. Kərimcan Durmaz Azərbaycandakı sevənləri üçün möhtəşəm şou hazırladığını da bildirib.

Safura 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ