
Əməkdar artist Vasif Məhərrəmli “Düz Bazar” verilişində qonaq olub.
Teleqraf.com-un məlumatına görə, müğənnilərin həyatından bəhs edən verilişdə Vasif bildirib ki, Röya Ayxan ulduz həyatı yaşayır: “Bəzi əyər-əskiyi var, amma Röya ulduz həyatı yaşayır. O, mənim gözümdə ulduzdur.
Aygün Kazımova, Brilliant Dadaşova, Faiq Ağayev də ulduzdur.
Ulduz həyatı o demək deyil ki, gecələr avara-avara küçələrdə gəzəsən. Ulduz həyatı yaşamaq ulduz olmaqdan xəbər verir.”