SON DƏQİQƏ

Nazpəri disertasiya mövzusunu hardan götürüb?

Tarix:

20-07-2018, 18:49

/ 10 396 dəfə oxundu.
Nazpəri disertasiya mövzusunu hardan götürüb?

Xalq artisti Nazpəri Dostəliyeva "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusunu bizim inistitutdan götürməyib.

GunAz.az xəbər verir ki, Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Folklor İnstitutunun elmi katibi Elçin Abbasov deyib. O bildirib ki, instituta N.Dostəliyeva tərəfindən bu barədə müraciət daxil olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılmışdı. Məsələ ilə bağlı açıqlama verən xalq artisti hələlik fəlsəfə doktoru olmadığını, dissertasiya mövzusu götürürərək, mövzu üzərində işləyədiyini bildirib.

Ancaq onun mövzunu hansı elmi müəssisədən götürdüyü və elmi rəhbərinin kim olduğu açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ