SON DƏQİQƏ

Elton qəza ilə bağlı açıqlama verdi

Tarix:

7-06-2018, 13:58

/ 10 564 dəfə oxundu.
Elton qəza ilə bağlı açıqlama verdi

Müğənni Elton Hüseynəliyev keçirdiyi qəza barədə açıqlama verib. 

Gunaz.az  xəbər verir ki, ifaçı “Hər şey daxil” proqramında canlı efirlə əlaqə saxlayaraq səhhətinin qaydasına olduğunu bildirib. 

Elton hadisə zamanı qolundan kiçik xəsarətlər aldığını söyləyib:

“Xəbər doğrudur. Səhər saatlarında Bibiheybət ərazisində qəza keçirmişəm. Sağ-salamatam, hər şey qaydasındadır. Qəzadır, hər kəsin başına gələ bilər.  Allaha şükür olsun ki, mənə heç nə olmayıb, ciddi xəsarət almamışam. Qolumda bir-iki əzik var. İndi müayinədən çıxmışam, özümü əla hiss edirəm”. 

Həmçinin əldə etdiyimiz məlumata görə, Elton Hüseynəliyev qəzaya düşdüyü 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobil xanımı Tamilla Hüseynəliyevaya məxsusdur. 

T. Hüseynəliyeva növbəti açıqlamasında Eltonun qarşısına it çıxdığı üçün qəzanın baş verdiyini söyləyib:

"Qarşısına it çıxıb, heyvanı vurmamaq üçün avtomobili kənara çəkdi. Amma bu zaman qəza baş verdi"

скачать dle 12.1

Şərhlər