SON DƏQİQƏ

Müğənni Günel qəzəbləndi

Tarix:

14-03-2018, 13:51

/ 11 203 dəfə oxundu.
Müğənni Günel  qəzəbləndi

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova həmkarı Orxan Ölməzlə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib. 

Gunaz.az  xəbər verir ki, sənətçi instaqram səhifəsində türkiyəli ifaçı ilə eşq yaşamadığını bildirib. Günel sosial şəbəkələrdə onu tənqid edənlərə də cavab verib:

“Əsəbilərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin.Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiz, utanmazlar! 

Paxıllığın bu dərəcəsi də olmaz. “Kırık vazo” adlı klipim çıxdı, hansınız bunu paylaşıb “xeyirli olsun” yazdız? Ancaq xəbər yazasız, paylaşasız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Amma unutmayın, Hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram”.

Qeyd edək ki, ötən gün “Söylemezsem Olmaz” proqramında Günellə Orxanın sevgili olduğu iddia edilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ