SON DƏQİQƏ

Türkiyənin ən reytinqli serialı bağlana bilər

Tarix:

22-01-2018, 10:41

/ 1 428 dəfə oxundu.
Türkiyənin ən reytinqli serialı bağlana bilər

Türkiyə Televiziya Şurası (RTÜK) məşhur “Ufak Tefek Cinayetler” serialını cərimələyib.

Gunaz.az xəbər verir ki, bu barədə  sosial şəbəkələrdə  məlumat verilib. 

Bildirilir ki, vətəndaşların şikayətindən sonra RTÜK onlara pul cəzası verib:

“Dəyərli izləyicilərimiz. Təəssüf ki, ailə dəyərlərinə uyğun olmadığını düşünən vətəndaşlar serialımızı şikayət ediblər. Onlar layihənin qəhrəmanları olan Oya və Serhanın münasibətini “Yasaq sevgi” olaraq qiymətləndiriblər.  Bununla bağlı RTÜK-ə xeyli sayda şikayətlər daxil olur.  Bu şikayətlər çox olarsa, serial yayından qaldırıla bilər”.

Qeyd edək ki, sözügedən serial reytinq siyahısında ilk üçlükdədir. Ekran işi 4 rəfiqənin həyatından bəhs edir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ