Türkiyə "Eurovision"a qayıtdı - təmsilçi də bəlli oldu
Tarix:
2-08-2017, 14:44
/ 4 834 dəfə oxundu.
Türkiyə "Eurovision"a qayıtmaq barədə qərar verib. GUNAZ.az-ın "NTV"yə istinadən məlumatına görə, bu barədə TRT-nin İdarə Heyətindən bildirilib. Beləliklə, 2018-ci ildə Türkiyə Portuqaliyanın Lissabon şəhərində keçiriləcək müsabiqədə iştirak edəcək. Ölkəni "Manga" qrupu təmsil edəcək. Qrup artıq ikinci dəfə "Eurovision" səhnəsinə çıxacaq. Onlar bundan əvvəl 2010-cu ildə keçirilən müsabiqədə ikinci pilləni tutmuşdular. Qeyd edək ki, Türkiyə ilk dəfə 1975-ci ildə müsabiqəyə qatılıb və ölkəni Semiha Yankın təmsil edib. Sonuncu dəfə isə 2012-ci ildə Bakıda keçirilən "Eurovision"da Can Bonomo ilə iştirak edib.