SON DƏQİQƏ
» » "Oğlum öləndən xəstəliyə tutulmuşam" - Əməkdar artist

"Oğlum öləndən xəstəliyə tutulmuşam" - Əməkdar artist

Tarix:

17-05-2017, 20:55

/ 3 898 dəfə oxundu.
"Oğlum öləndən xəstəliyə tutulmuşam" - Əməkdar artist

Əməkdar artist Rəhman Rəhmanov oğlunun faciəvi ölümündən danışıb. 
"Show time” verilişində qonaq olan aktyor deyib ki, oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşüb:
"Oğlumun faciəvi ölümünə pis oldum. Həmin vaxtdan sonra xəstəliyə tutuldum, şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı, daş da düz şah damarını kəsdi. Heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”.
Qeyd edək ki, "Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

GUNAZ.az



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ